Klubunda xoşbəxt olduğunu dedi, haqqında çıxan xəbərləri təkzib etdi

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş heç vaxt komandasından ayrılmaq istəmədiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunda olmaqdan məmnun olduğunu bildirib:

“Nyukasl”da çox xoşbəxtəm və heç vaxt klubdan ayrılmaq istədiyimi deməmişəm. Həmişə deyirdim ki, komandanın tarixinə öz adımı yazmaq istəyirəm. Klub və azarkeşlər üçün əlimdən gələnin ən yaxşısını vermək istəyirəm”.

Son aylarda braziliyalı futbolçunun yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcək kluba keçmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button