İngiltərə klubu “Atletiko”nun müdafiəçisini “qaralayıb”

“Atletiko”nun müdafiəçisi Nahuel Molina karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Nyukasl” argentinalı oyunçunu öz sıralarına cəlb etmək istəyir. İngilislər qışda komandanı tərk edə biləcək Kiran Trippyeyə alternativ olaraq Molinanı nəzərdən keçirir.

Molina 2022-ci ilin yayında “Udineze”dən “Atletiko”nun düşərgəsinə qoşulub. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına kimi hesablanıb.

26 yaşlı futbolçunun transfer dəyəri 28 milyon avro qiymətləndirilir. O, bu mövsüm La Liqada 6 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button