“Nyukasl” Sloveniya millisinin hücumçusu ilə maraqlanır

“Nyukasl” “Leyptsq”in forvardı Benjamin Şeşko ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” Sloveniya millisinin üzvünü Aleksander İsakın “Liverpul”a keçməsindən sonra potensial əvəzləyici kimi nəzərdən keçirirlər.

Şeşko ilə “Leyptsiq” arasında bağlanmış qeyri-rəsmi razılaşmaya əsasən, o, istənilən kluba 70-80 milyon avro+bonuslarla 5-10 milyon avroya transfer oluna bilər.

“Arsenal” isə Şeşko üçün Almaniya klubuna 100 milyon avro təklif edib. Sonda londonlular yekun olaraq Lissabon “Sportinq”indən Viktor Qyokereşi 63,5+10 milyon avro bonusla transfer etməyi üstün tutublar.

Son mövsümdə Bundesliqada 33 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə çıxış edən Şeşko, artıq Avropanın top-klublarının maraq dairəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button