“Nyukasl”ın alternativi odur

“Çelsi”nin hücumçusu Nikolas Cekson yay transfer dönəmində “Nyukasl”ın hədəfinə çevrilə bilər.

“Sağsağanlar” hazırda “Leyptsiq”in hücumçusu Benjamin Şeşko üçün mübarizəni davam etdirsə də, sloveniyalı futbolçu “Mançester Yunayted”ə keçməyə üstünlük verir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Nyukasl” Şeşkonu transfer edə bilməsə, diqqətini Ceksona yönəldəcək.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Ceksonun dəyəri 50 milyon avro təşkil edir. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir.

“Nyukasl” 22 yaşlı Şeşko üçün bonuslarla birlikdə 90 milyon avro təklif edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button