İngiltərə klubu Vlahoviçi transfer etmək istəyir

Serbiya millisinin hücumçusu, hazırda İtaliya “Yuventus”unun şərəfini qoruyan Duşan Vlahoviç İngiltərə Premyer Liqasına transfer oluna bilər.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, serbiyalı forvardla “Nyukasl” ciddi şəkildə maraqlanır.

“Sağsağanlar”ın Vlahoviçi heyətinə qatmaq istəməsinin səbəbi isveçli bombardir Aleksander İsakla bağlıdır. “Liverpul” İsakı transfer etmək niyyətindədir və bu halda Vlahoviç onun boşluğunu doldura bilər.

Vlahoviçin transfer dəyəri təxminən 35 milyon avro təşkil edir. Onun “Yuventus”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Son mövsümdə 44 oyunda meydana çıxan hücumçu 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button