“Nyukasl” futbolçusunu icarəyə verib
“Nyukasl”ın yarımmüdafiəçisi Co Uayt klubu ilə müqaviləsini uzadıb.
Komanda.az xəbər verir ki, ingiltərəli futbolçunun özü bunu sosial şəbəkə hesabında elan edib.
Eyni zamanda, o, növbəti mövsümü də icarə əsasında keçirəcək.
Gənc futbolçu hələ də icarə əsasında “səyahət” edir, lakin gələcəkdə ona ümid edirlər. Yeni müqavilə 2027-ci ilin yayında başa çatacaq.
Uayt ötən il “Kru” ilə 2-ci liqada oynayıb, lakin mövsümün sonunu öz komandası ilə keçirib. “Bornmut”la qarşılaşmada ona bir dəqiqə kifayət edib ki, qol vurub matçın heç-heçə bitməsinə nail olsun. Daha sonra baş məşqçi Eddi Hou icarə sayəsində onun ciddi şəkildə inkişaf edə bildiyini vurğulayıb. O, bu mövsümü də 2-ci liqada keçirəcək. 21 yaşlı futbolçu “MK Dons”da oynamalı olacaq.
Bizi Facebook-da izləyin