Adı “Liverpul”la hallanan futbolçu klubundan ayrılıb – İspaniyada fərdi məşq edir

“Nyukasl”ın hücumçusu Aleksander İsak hazırda İspaniyada – “Real Sosyedad”ın bazasında fərdi şəkildə məşq edir. İsveçli futbolçu bud nahiyəsindən yüngül zədə aldığından, komandasının Sinqapurda təşkil olunan yay toplanışına qatıla bilməyib.

Komanda.az “Sky Sports”-a istindən xəbər verir ki, “sağsağanlar” İsakın harada olduğu barədə məlumatlıdır və o, şəxsi heyətlə birlikdə bərpa prosesini keçmiş klubu “Real Sosyedad”ın boş qalan bazasında həyata keçirir.

İddialara görə, 24 yaşlı futbolçu karyerasını başqa klubda davam etdirmək istəyir və artıq “Liverpul”la şəxsi razılığa gəlib. “Nyukasl”a hələ rəsmi təklif gəlməsə də, “Liverpul”un Luis Diasın “Bayern”ə satışından sonra İsaka görə böyük məbləğ təklif edəcəyi gözlənilir.

Transfer baş tutarsa, “Real Sosyedad” İsakın 70 milyon avronu keçən satış hissəsindən 10 faiz pay alacaq. Bundan əlavə, FİFA-nın Həmrəylik Mexanizmi çərçivəsində klub İsaka görə əlavə 2 faiz (hər mövsüm üçün 0,5 faiz) gəlir əldə edəcək.

İsak 2019-cu ildə Dortmund “Borussiya”sından “Real Sosyedad”a keçmiş, 2022-ci ilin yayında isə rekord məbləğ sayılan 63 milyon funt sterlinq qarşılığında “Nyukasl”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button