
“Nyukasl” onun davranışından məyusdur
“Nyukasl” rəhbərliyi komandanın hücumçusu Aleksander İsakın davranışından məyusdur.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, isveçli futbolçu “Liverpul”a transferinin ləngiməsinə etiraz olaraq məşqlərə və oyunlara çıxmaqdan imtina edib.
Hazırda klub rəhbərliyi intizam tədbirlərinə əl atmır, ancaq bu, İsakın boykotunun rəsmi görüşlərə də şamil olunacağı halda dəyişə bilər.
Daha əvvəl məlumat verilmişdi ki, “Nyukasl” və “Liverpul” 25 yaşlı hücumçunun 138 milyon avroya keçidi barədə razılığa gəlib. Ancaq İsakın agenti onun rəhbərliyə təzyiq göstərərək, transferin daha tez baş tutmasına çalışmasını tövsiyə edib.
“Nyukasl” Premyer Liqanın 2025/26 mövsümünün ilk turunda avqustun 16-da səfərdə “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



