“Nyukasl” portuqaliyalı futbolçu üçün 50 milyon avro təklif edəcək

“Nyukasl” “Liverpul”un hücumçusu Dioqo Jotanı transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar”ın 28 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşdığı bildirilir.

“Nyukasl” UEFA Çempionlar Liqasının növbəti mövsümündə daha rəqabətədavamlı olmaq üçün yeni hücumçu ilə heyətini gücləndirmək istəyir. Klub bu məqsədlə Jotanın transferi üçün 50 milyon avro təklif etməyi planlaşdırır.

Portuqaliyalı futbolçu 2024/25 mövsümündə “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button