“Nyukasl” liderini satmaq məcburiyyətində qala bilər

“Nyukasl” yay transfer pəncərəsində yarımmüdafiəçisi Bruno Gimarayeşlə yollarını ayıra bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, klub rəhbərliyi maliyyə feyr-pleyi ilə bağlı problemlərin onları komandanın liderini satmağa məcbur edə biləcəyindən qorxur.

Gimarayeş mövsümün ilk yarısında klubla yeni müqavilə imzalayıb. Yeni müqavilədə futbolçunun 100 milyon avrodan çox məbləğə sərbəst buraxıla biləcəyi maddəsi yer alıb.

Bruno Gimarayeşi transfer etmək istəyən klubların siyahısına Fransa PSJ-si başçılıq edir. Braziliyalı futbolçunun xidmətində “Mançester Yunayted” və “Arsenal” da maraqlıdır.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button