
“Nyukasl” İsaka transfer şərtlərini çatdırıb
“Nyukasl”ın hücumçusu Aleksander İsak “Liverpul”a transfer olmaq arzusundadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” isveçli futbolçunu asanlıqla buraxmaq niyyətində deyil.
Mersisayd təmsilçisinin 110 milyon funt sterlinqlik təklifi dərhal rədd edilib. “Nyukasl” daha yüksək məbləğ istəyir.
25 yaşlı forvard hazırda komandadan kənarlaşdırılıb və fərdi şəkildə məşq edir. Baş məşqçi Eddi Hou onu klubun düşərgəsindən icazəsiz ayrılması və komandadan getmək istəyi səbəbindən əsas heyətdən uzaqlaşdırıb.
“Nyukasl” İsaka transfer şərtlərini çatdırıb. Klub yalnız ciddi təklif gələcəyi halda onu buraxacaq. Danışıqlarda 150 milyon funt sterlinq (təxminən 173 milyon avro) rəqəmi səslənsə də, bəzi agentlər 130 milyon funt sterlinq (təxminən 150 milyon avro) + bonusların “Nyukasl”ı razı sala biləcəyini düşünür.
Bizi Facebook-da izləyin