
“Nyukasl” İngiltərə millisinin üzvünü transfer etməyə çalışır
İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi Premyer Liqanın başqa klubuna keçə bilər.
Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, “Nyukasl” 24 yaşlı futbolçunun transferində maraqlıdır və rəqiblərini geridə qoyaraq, onu heyətinə qatmağa çalışır.
İngiltərəli oyunçunun “Kristal Pelas”la müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.
Quehi son mövsümdə 44 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



