Yeni müqaviləsinə “Barselona” üçün xüsusi güzəşt maddəsi saldırıb

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Girmarayeşin İngiltərə klubu ilə keçən həftə imzaladığı müqaviləyə “Barselona” üçün xüsusi sərbəst qalma maddəsi daxildir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı futbolçunu digər klublarla müqayisədə daha ucuz qiymətə ala biləcək. İspanlar üçün transferin məbləği 65-70 milyon avro ola bilər.

25 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində 67 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button