“Nyukasl” gürcü futbolçu ilə razılığa gəlib

“Nyukasl” gürcü hücumçu Vaxtanq Saliya ilə razılığa gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

Saliya gənc futbolçudur (17 yaş), lakin o, artıq Konfrans Liqasında Tbilisi “Dinamo”sunda çıxış edib. Gürcü forvard hətta qol vurmağa da imkan taıb. O, Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət millisində bir oyun keçirib.

İngilislərin Saliya ilə qışda uzunmüddətli müqavilə imzalaya biləcəyi qeyd edilir. Buna baxmayaraq, 17 yaşlı forvard böyük ehtimalla, növbəti mövsümü də vətənində keçirəcək, amma onun hüquqları “Nyukasl”a məxsus olacaq. İngiltərədə əcnəbi oyunçular üçün çox sərt qaydalar var, lakin bu qaydalar 21 yaşdan kiçiklərə şamil edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button