“Nyukasl” gözünü kapitana dikib

“Aston Villa”nın kapitanı Con Makkin “Nyukasl”ın transfer hədəfinə çevrilib.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri yayıb.

Yay transfer dönəmi “Nyukasl” üçün uğursuz keçməkdədir. Belə ki, klub bir neçə əsas hədəfi əldən verib və bu, UEFA Çempionlar Liqasına hazırlıq baxımından ciddi risk yaradır. Komandanın baş məşqçisi Eddi Hou orta xətti gücləndirmək niyyətindədir və 30 yaşlı şotlandiyalı yarımmüdafiəçi onun əsas namizədlərindən biri hesab olunur.

Makkinin “Aston Villa” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button