Braziliyalı futbolçu “Mançester Siti”ni istəyir
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş İngiltərə Premyer Liqasının başqa komandasına keçməyə hazırdır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Mançester Siti”yə keçmək istəyir.
Daha əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçini komandasına cəlb etmək istəyib. Ancaq “Nyukasl” tələb etdiyi 130 milyon avro təzminat məbləği ilə “şəhərlilər”in “gözünü qorxudub”.
Gimarayeş ötən mövsüm İngiltərə Premyer Liqasında 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin