Ehtiyatda oturmaq istəmir – “Nyukasl”dan ayrılacaq

“Nyukasl”ın yarımmüdafiəçisi Luis Mayli yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu yüksək rəqabət səbəbindən “Nyukasl”da çətinlik çəkir. İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasının bəzi klubları yarımmüdafiəçiyə ciddi maraq göstərir.

Mayli bu mövsüm bütün yarışlarda 16 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button