
“Nyukasl” fransalı müdafiəçini “qaralayıb”
“Çelsi”nin müdafiəçisi Aksel Disasi “Nyukasl”ın transfer siyahısına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” əvvəllər əsas hədəf kimi “Atalanta”nın müdafiəçisi Corco Skalvinini nəzərdə tutsa da, İtaliya təmsilçisi oyunçunun satışından imtina edib. Buna görə də, “Nyukasl” alternativ axtarışına başlayıb və Disasinin namizədliyini nəzərdən keçirir.
“Çelsi” Disasini 30 milyon avroya qiymətləndirir. 27 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarədə keçirib. O, bu müddət ərzində 10 oyunda iştirak edib.
Fransalı futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin