“Nyukasl” “Çelsi”nin futbolçusunu transfer edib – Rəsmi

“Nyukasl” “Çelsi”nin müdafiəçisi Luis Holl ilə müqavilə imzalayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilənin şərtləri hələ ki, dəqiqləşdirilməyib.

“Çelsi”nin Hollun keçidindən qazancı 33 milyon avro olub.

19 yaşlı futbolçu ötən mövsüm “Nyukasl”da icarə əsasında çıxış edib. O, bu komandada 22 oyun keçirib və 2 qol vurub.

İngiltərəli müdafiəçi “Çelsi”nin yetirməsidir. O, London klubunda 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button