MS, “Arsenal” kimi klublar “Nyukasl”ın futbolçusunu əldən buraxdılar

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Giamarayeşin müqaviləsində artıq 130 milyon avroluq sərbəstqalma maddəsi yoxdur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həlledici an dünən gecə yarısı başa çatıb və heç bir klub bundan yararlanmağa vaxt tapmayıb.

“Nyukasl” artıq futbolçunun gələcəyinə nəzarət edə bilər. Əvvəllər Giamarayeşin “Nyukasl”dan ayrılaraq növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək komandada oynamaq istədiyi barədə xəbərlər yayılmışdı.

Braziliyalı futbolçunun xidmətində “Arsenal” və “Mançester Siti” kimi klublar maraqlı idi. 26 yaşlı yarımmüdafiəçi ilə onu transfer etmək üçün pulu olmayan “Barselona” da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button