“Nyukasl” baş məşqçiyə inanır – Onları “satmayacaq”

“Nyukasl” komandanın baş məşqçisi Eddi Hou ilə danışıqlar aparıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi əmindir ki, İngiltərə millisindən təklif gəlsə, Hou onu rədd edəcək.

İngiltərə yığması Avropa çempionatından sonra baş məşqçisiz qalıb. Qaret Sautqeyt bu vəzifədə təxminən 8 il çalışdıqdan sonra komandanı tərk etmək qərarına gəlib.

Eddi Hou 2021-ci ilin noyabrından “Nyukasl”ı çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 125 qarşılaşmada 62 qələbə qazanıb, 27 heç-heçə edib və 36 məğlubiyyətlə üzləşib.

“Nyukasl” Premyer Liqanın son mövsümünü 7-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button