Torres Premyer Liqaya qayıda bilər

“Barselona”nın hücumçusu Ferran Torres gələcəkdə İngiltərəyə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Nyukasl” maraqlıdır. “Barselona”nın hücumçu üçün layiqli təklif alarsa, onu buraxmağa hazır olduğu bildirilir.

Torres 2020-2021-ci illərdə İngiltərədə “Mançester Siti”də çıxış edib.

23 yaşlı forvard 2023/24 mövsümündə 16 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button