
“Nyukasl” ingiltərəli futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher yaxın transfer dövründə yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Nyukasl” maraqlanır.
“Sağsağanlar”ın rəhbərliyi 25 yaşlı oyunçunun transferi üçün təxminən 40 milyon avro ayırmağa hazırdır. Qallaherin mümkün gedişinə səbəb kimi “Atletiko”nun yay transferlərindən sonra heyətdə rəqabətin daha da artması göstərilir. Bu səbəbdən, o, gələcək mövsümdə meydanda daha az şans qazana bilər.
Qallaher son mövsümdə Madrid klubunun heyətində 50 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin