“Atalanta”nın müdafiəçisi İngiltərə klubunun “radar”ındadır

“Nyukasl” “Atalanta”nın mərkəz müdafiəçisi Corco Skalvini ilə maraqlanır.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, İngiltərə klubunun skautları italiyalı futbolçunu bu yaxınlarda keçirilən yoxlama görüşündə izləyiblər. “Atalanta” müdafiəçini satmaq istəmədiyi üçün transfer qiymətini yüksəldib. Klub Skalvini ilə yollarını nə az, nə çox, 40-50 milyon avroya ayıracaq.

21 yaşlı futbolçu son mövsümdə A Seriyasında zədə səbəbindən cəmi 6 oyun keçirib. O, əvvəlcə çarpaz bağın yırtılması, sonra çiyin zədəsi səbəbindən meydandan uzaq qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button