Premyer Liqa klubu almaniyalı qapıçı ilə vidalaşır

“Nyukasl”ın qapıçısı Loris Karius bu yay komandanı tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiperin müqaviləsi mövsümün sonunda başa çatır. Klub artıq müqaviləni yeniləməməyə qərar verib.

30 yaşlı futbolçu 2022-ci ilin sentyabrından “Nyukasl”da çıxış edir. Karius o vaxtdan bəri bütün yarışlarda cəmi 2 oyun keçirib, 6 qol buraxıb. Qapıçı əvvəllər “Liverpul”, “Union”, “Beşiktaş” və “Maynts”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button