“Bayer”in müdafiəçisi İngiltərə klubuna keçə bilər

Almaniya millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun transferində “Nyukasl” maraqlıdır.

“Sağsağanlar” Taya sərbəst şəkildə sahib ola bilər, çünki onun “Bayer”lə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.

Almaniyalı futbolçu cari Bundesliqa mövsümündə Leverkuzen klubunun heyətində 31 oyuna çıxıb, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button