“Nyukasl” təklif verib, cavab gözləyir

“Nyukasl” Sloveniya millisinin və “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun transferi üçün rəsmi təklif göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” hazırda həm “Leyptsiq”in, həm də futbolçunun cavabını gözləyir.

“Mançester Yunayted” də Şeşkoya maraq göstərən əsas klublardan biridir.

22 yaşlı forvard 2024/25 mövsümündə bütün turnirlərdə 45 oyunda iştirak edərək, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Şeşkonun “Leyptsiq”lə müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button