
“Nyukasl” adı “Liverpul”la hallanan İsaka əvəzləyici tapıb
“Nyukasl” bu yay “Liverpul”a keçə biləcək hücumçusu Aleksander İsakın yerini doldurmaq üçün “İnter”in gənc oyunçusu Fransesko Pio Espozitoya maraq göstərir.
Komanda.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, “sağsağanlar” 20 yaşlı forvard üçün “İnter”ə rəsmi təklif verməyə hazırlaşır.
Espozito ilə yalnız “Nyukasl” deyil, həmçinin, “Atalanta” da maraqlanır. Ancaq “İnter” onun satışını nəzərdə tutmur. Klub bu yay “Napoli”dən italiyalı futbolçu üçün gələn böyük təklifi də rədd edib.
Espozito ötən mövsüm “Spetsiya”da icarə əsasında çıxış edib, 40 oyunda 19 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



