
“Nyukasl” 60 milyon avroya futbolçu almaq istəyir
“Nyukasl” klubu bu yay Madrid “Atletiko”sunun futbolçusu Yannik Karraskonu almaq istəyir.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, İngiltərə klubu belçikalı vinger üçün 60 milyon avro ödəməyə hazırdır. Bu məbləğin əvvəllər Karraskonun Çində oynamasına icazə verən “Atletiko” rəhbərliyini qane edəcəyi gözlənilir.
Karrasko 2015-ci ildən “Atletiko”da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin