Komandası çempion oldu, meydançada soyunub “jim” vurdu – VİDEO
“Nyu York Siti” klubu MLS-də 2021 mövsümünün qalibi olub.
Komanda.az xəbər verir ki, Nyu York təmsilçisinin baş məşqçisi Ronni Deyl final matçından əvvəl çempion olacaqları təqdirdə, azarkeşlərə soyunacağını söz verib.
Deyl çempionluqdan sonra vədini yerinə yetirib. O, stadionda soyunub, daha sonra isə “jim” vuraraq, fanatları və komandasını daha da coşdurub.
“Nyu York Siti” final matçında “Portlend Timbers”i məğlub edib (1:1, penaltilər 4:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin