
Nurmaqomedov da Paris-2024-ü mükafatsız başa vurdu
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Komanda.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.
Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Olimpiada avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin