Nurlan Novruzov “Şerif”ə qarşı 63 dəqiqə oynadı
Futbol üzrə Moldova kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şerif”lə üz-üzə gəlib. Futbolçumuzun komandası Tiraspolda minimal hesabla məğlub olub – 0:1.
Nurlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Novruzov 63-cü dəqiqədə əvəzlənib.
Bu komandalar arasındakı cavab qarşılaşması oktyabrın 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin