Nuriyevlə Əhmədzadə “Minay”ı məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Rux”la qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana buraxılıb.
“Minay” 21 turdan sonra 15 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin