Nuriyevin komandasına azarkeşlərlə oynamaq icazəsi verildi
Ukraynanın “Minay” komandasının Premyer Liqanın 22-ci turu çərçivəsində “Desna” ilə ev oyunu azarkeşlərin iştirakı ilə keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, matçın oynanılacağı “Avanqard” stadionunda ümumi azarkeş tutumunun (12 000) 50 faizi qədər tamaşaçının iştirakına icazə verilib.
Qeyd edək ki, “Minay”da Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev forma geyinir. Bu komandanın kapitanı olan Nuriyevlə yanaşı, digər azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə də bu komandanın uğurları üçün çalışır.
“Minay” – “Avanqard” matçı aprelin 17-də baş tutacaq. Azərbaycanlı futbolçuların komandası hazırda 15 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin