Nuriyevin baş məşqçisi istefaya göndərildi

Ukraynanın “Minay” klubu baş məşqçisi Vasiliy Kobinlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevlə digər həmyerlimiz Rüstəm Əhmədzadənin formasını geyindiyi komanda cari mövsümdə uğursuz nəticələri ilə diqqət mərkəzindədir. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə “Minay” rəhbərliyinin də baş məşqçi dəyişikliyini məhz bu vaxt gerçəkləşdirməsinə şərait yaradıb. 35 yaşlı mütəxəssislə klub prezidenti Valeri Peresolyak arasında görüş keçirilib. Məhz bu görüşdən sonra tərəflərin yollarını ayırdığı vurğulanıb.

Qeyd edək ki, Kobin 2019-cu ildən Ukrayna təmsilçisini çalışdırırdı. “Minay” onun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button