Nuriyev ehtiyatda qaldı, komandası evdə uduzdu
Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Aleksandriya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Nuriyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kolos” 5 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin