Nuriyev baş məşqçisiz qaldı

Ukraynanın “Kolos” komandasının baş məşqçisi Ruslan Kostışin vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də formasını geyindiyi bu klubun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın Kiyev “Dinamo”suna qarşı matçda 0:7 hesabı ilə uduzması səbəb olub. Belə ki, Kostışin rüsvayçı məğlubiyyətdən sonra istefasını rəhbərliyə təqdim edib. Klub rəhbərliyi onun istefasını qəbul edib və yeni baş məşqçi axtarışına başlayıb.

Kostışin Kovalyovka klubunu 2014-cü ildən etibarən çalışdırırdı. Onun çalışdırdığı komanda bu yay avrokuboklarda da mübarizəni dayandırıb. “Kolos” hazırda Ukrayna Premyer Liqasında 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Nuriyev “Kolos”a bu yay “Minay”dan keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button