Nuri Şahin qovulub?
Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin postunu itirib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” nəşri məlumat yayıb.
Türk mütəxəssisə bir gün əvvəl, yanvarın 21-də UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun matçında “Bolonya”ya məğlubiyyətdən (1:2) sonra qovulması barədə məlumat verilib. “Borussiya” ardıcıl 4 oyunda məğlub olub.
“Arılar” hazırda 25 xal toplayaraq Bundesliqanın turnir cədvəlində 10-cu yeri tuturlar.
Nuri Şahin ötən ilin yayında Edin Terziçi əvəzləyərək, “Borussiya”nın baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin