ÇL: Nuri Şahindən maraqlı qərar
“Real” sabah UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində Dortmund “Borussiya”sını qəbul edəcək.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Borussiya”nın baş məşqçisi Nuri Şahin “Santyaqo Bernabeu”da rəqibin komandasının məşqini izləməsindən çəkinir.
Bu səbəbdən, o, matçdan əvvəl rəqibin stadionunda məşqdən imtina etmək qərarına gəlib. Onun komandası bazar ertəsi oyunöncəsi son məşqini Dortmundda keçirəcək. Görünür, “Borussiya”nın çalışdırıcısı komandanın taktikasının oyundan əvvəl üzə çıxacağından narahatdır.
“Real” – “Borussiya” matçının start fiti oktyabrın 22-də, saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin