“Qalatasaray” Nuri Şahinə tapşırılacaq? – açıqlama
“Antalyaspor”un prezidenti Aziz Çətin komandanın baş məşqçisi Nuri Şahinin “Qalatasaray”a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “NTVspor”-a istinadən xəbər verir ki, klub prezidenti bu iddiaları yalanlayıb:
“Nuri Şahin “Antalyaspor”un baş məşqçisidir. Onunla beş illik müqaviləmiz var. Şahin heç bir yerə getmir. Bizim planlarımız var”.
“Antalyaspor” Şahinin rəhbərliyi altında keçirdiyi son 10 matçın heç birində uduzmayıb.
“Qalatasaray”ın son oyunlardakı uğursuzluğu səbəbindən baş məşqçisi Domenek Torrentlə yollarını ayıracağı, Nuri Şahinin “sükan arxasına” keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin