Nuri Şahin 2012-ci ildə “Liverpul”a niyə keçib?

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin 2012-ci ildə “Liverpul”a niyə keçdiyi haqda danışıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, türk çalışdırıcı “Liverpul”a keçməsində əsas amilin Brendan Rocers olduğunu bildirib:

“Liverpul”a keçməyimdə əsas amil Brendan Rocers oldu. Daha sonra bu məşqçinin rəhbərliyi altında işləmək istədim. Onun futboldakı fikirləri çox xoşuma gəlirdi”.

Nuri Şahin 2012/13 mövsümündə İngiltərə nəhəngində icarə əsasında çıxış edib. O, bu komanda ilə 7 görüşdə iştirak etdikdən sonra Dortmund “Borussiya”sına keçib.

“Borussiya” oktyabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsində “Seltik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button