Nuri Şahin “Borussiya”nın “sükanı arxasına” keçəcək

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Dortmund “Borussiya”sının “sükanı arxasına” keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı məşqçi 2021-ci ildən “Antalyaspor”la çalışır, lakin gələn mövsümdən o, “Borussiya”ya başçılıq edəcək.

Daha əvvəl bildirilib ki, Almaniya klubunun futbolçuları hazırkı baş məşqçi Edin Terziçin oyun tərzindən narazıdırlar.

41 yaşlı mütəxəssis 2022-ci ilin yayından “Borussiya”ya rəhbərlik edir.

16 turdan sonra “Borussiya” 27 xalla Bundesliqada 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button