“Beşiktaş” “Borussiya”nın məşqçisinə təklif göndərib
Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziçin köməkçisi Nuri Şahin klubu tərk edə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis bir müddət əvvəl portuqaliyalı məşqçi Fernando Santosu istefaya göndərən “Beşiktaş”ın baş məşqçisi ola bilər. Türkiyə klubu artıq Şahinə təklif də edib.
Daha əvvəl Terziçin mövsümün sonunda “Borussiya”nı tərk edəcəyi və bu halda Şahinin Almaniya klubunun baş məşqçisi postuna iddialı sayılacağı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin