Salah: “Elə buna görə də, yaxşı oynaya bildik”

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 23-cü turunun “Everton”la matçını (2:0) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, qələbəni yeni uğurların başlanğıcı adlandırıb:

“Bu, bizim üçün böyük qələbədir. Çoxlu məşqlər edərək mükəmməl həftə keçirdik. Bütün futbolçular o qədər həyəcanlı idilər ki, derbini səbirsizliklə gözləyirdik. Ümid edirəm ki, bu qələbə yeni uğurların başlanğıcı olacaq.

Darvin Nunyesin topu mənə ötürəcəyini bilirdim. Ona görə də, sürətlə qaçdım və qol vurdum.

Bir az şanslıyıq, lakin çox çalışanda şansımız daha yüksək olur. Cordan Henderson və Ceyms Milner dedilər ki, öz oyun tərzimizi sərgiləməli və əylənməliyik. Elə buna görə də, yaxşı oynaya bildik”.

“Liverpul” İngiltərə çempionatında 4 oyunluq qələbəsizlik seriyasına son qoyub və 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Everton” isə 18 xalla 18-ci sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button