“Liverpul”un hücumçusu ərəblərə “yox” deyib

“Liverpul”un hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanından gələn transfer təklifini rədd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ilə “Əl-Hilal” maraqlanırdı, ancaq o, bu keçidi istəməyib.

25 yaşlı hücumçu yaxın aylarda “qırmızılar”dan ayrılmağa hazırdır, lakin karyerasını Avropada davam etdirmək niyyətindədir. “Liverpul” Nunyesin transferi üçün 55 milyon avro tələb edir.

Nunyesə “Atletiko” da maraq göstərir. Hətta iddialara görə, tərəflər artıq şifahi razılıq əldə ediblər. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button