Nunyes qərarını verib: “Liverpul”dan ayrılsa…

“Liverpul”un hücumçusu Darvin Nunyes gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, uruqvaylı futbolçuya həm Avropa klubları, həm də Səudiyyə Ərəbistanından maraq var. 25 yaşlı hücumçu “Liverpul”dan ayrılsa, “Napoli”yə keçməyə üstünlük verir.

“Napoli” Nunyesin əsas namizədlərindən biri hesab olunur, ancaq hələlik “qırmızılar”la razılıq əldə edilməyib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Nunyesin Avropada qalmaq istəyi, Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərə baxmayaraq, onun “Napoli” variantını seçməsində əsas rol oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button