Nunyes Səudiyyə Ərəbistanına gedə bilər

“Liverpul”un hücumçusu Darvin Nunyes yaxın yay transfer dönəmində komandadan ayrılmağa hazırlaşır.

Uruqvaylı futbolçuya Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraq göstərdiyi artıq bir müddətdir müzakirə olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı forvard yayda Səudiyyə Ərəbistanına keçidə açıqdır. Bununla belə, ona Avropanın aparıcı klublarından da təkliflərin olduğu bildirilir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Nunyesin hazırkı bazar dəyəri 50 milyon avrodur. “Liverpul” onu 2022-ci ilin yayında “Benfika”dan 85 milyon avroya transfer etmişdi. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button