Sabiq futbolçu Nunyesin “Liverpul”da qalacağına inanmır
İngiltərə millisinin sabiq müdafiəçisi Cimi Karrager Darvin Nunyesin gələn il “Liverpul”dan ayrılacağına inanır.
Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Nunyesin gələn mövsüm “Liverpul”da oynayacağına əmin olmadığını bildirib:
“Nunyesin gələn mövsüm “Liverpul”da oynayacağına əmin deyiləm, onun gedəcəyini düşünürəm. Darvin bir az dəlisov qəhrəmandır. Çünki o, bir az dəlidir və qaçmağı sevir, amma hər halda, Divok Origidən yaxşıdır”.
25 yaşlı forvard cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Uruqvaylı futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin