“Qızıl top” haqqında qəti fikrim yoxdur” – PSJ-nin futbolçusu

Portuqaliya millisinin və PSJ-nin müdafiəçisi Nuno Mendeş “qızıl top”a iddialılar kimi komanda yoldaşı Osman Dembele və “Barselona”nın hücumçusu Lamin Yamalı göstərib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, hər iki futbolçunun əla mövsüm keçirdiyini söyləyib:

“Qızıl top” haqqında qəti fikrim yoxdur. Mən Dembele ilə eyni klubda oynadım və o, əla mövsüm keçirdi. Lamin Yamal da fantastik mövsüm keçirdi. Bunlar bu il çox parlayan iki oyunçudur”.

Müxtəlif idman nəşrləri “qızıl top”a əsas iddiaçılar kimi aşağıdakı oyunçuların adını çəkir: Osman Dembele (PSJ), Lamin Yamal (“Barselona”), Rafinya (“Barselona”) və Məhəmməd Salah (“Liverpul”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button