Luis Suares həmyerlisini təriflədi

“Liverpul”un keçmiş forvardı, hazırda “İnter Mayami”nin futbolçusu olan Luis Suares İngiltərə komandasının hücumçusu Darvin Nunyes haqda danışıb.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu həmyerlisini ən yaxşılardan biri adlandırıb:

“Bəli, onun qolunu gördüm (“Nottingem Forest”lə matçda qalibiyyət qolu). “Liverpul” və Darvin üçün çox xoşbəxtəm. Bu gün o, dünyanın ən yaxşı hücumçularından biridir”.

24 yaşlı Nunyes bu mövsüm bütün yarışlarda 38 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button